Quba sakinindən qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  “polise.az“a verilən məlumata görə,  Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan  bir ədəd “İj” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close