Quba sakinində marixuana aşkarlandı

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon Alekseyevka kənd sakini Rəşid Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun polise.az-a bildirdiyinə görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin  üzərinə baxış zamanı  bükümlərdə  marixuana aşkar edilərək götürülmüşdür. Tədbirlərin davamı olaraq saxlanılan şəxsin evində də narkotik vasitə olan marixuana aşkar edilib.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button