Quba sakinindən civə tapıldı

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində metalik civə olan zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan polise.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayonun 2-ci Nügədi kənd sakini Əli Əliyevin üzərinə baxış zamanı 55 qram gümüşü rəngli ağır çəkili maye tərkibinə görə metalik civə olan zəhərli maddə aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button