Quba sakinlərindən “patı” və metadon aşkarlandı

Quba   Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakinləri Yunis Rəhimov və Rza Əliyev saxlanılıblar. Həmin şəxslərin  üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin və narkotik vasitə olan metadon həbləri  aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button