Qubada evdən oğurluq edən şəxslər saxlanılıb

Quba  Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər  Bakı şəhər sakini,  ona məxsus Quba raynunun Digah kəndindəki yaşayış olmayan evdən  qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin rayonun Digah kəndindəki yaşayış olmayan evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları  oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button