Qubada silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a bildirildiyinə görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə, şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.




