Qubada soyğunçuluq edən şəxs saxlanıldı

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan “polise.az“a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ə.Novruzovun  soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla əlaqədar həmin şəxs barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button