Qubada yarım kiloqramdan çox marixuana qanunsuz dövriyyədən çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polis.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda – yəni, ümumi çəkisi yarım kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button