Quldurluq etməkdə şübhəli bilinən Biləsuvar şəhər sakini Pərviz Babayev saxlanılmış, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
Biləsuvar RPŞ-yə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gəlmiş 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılmış, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.