Quldurluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanıldılar

Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gəlmiş 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılmışlar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button