Qulluq mövqeyinə xəyanət, dövlətə xəyanətdir

Kadr siyasəti cəmiyyətin sosial piramidasında əlçatanlığı təmin etdiyinə görə ciddi struktur dəyişikliyinə ehtiyac var. Kadr siyasəti istənilən dövlətin fundamental sahələrindən biridir və məhz bu sahədə dövlətin uğurlu olub olmadığından ölkənin inkişaf templəri və inkişaf vektoru müəyyən olunur.

Ümumi olaraq kadr seçimində yanlışlardan heç kim və heç bir dövlət sığortalanmayıb, amma əgər dövlətin ən mühüm postlarında onurğasız, siyasi xarakteri və duruşu olmayan, dövlət vəzifəsinə biznes layihə gözü ilə baxan, öz sahələrində zərrə qədər peşəkarlığı olmayan dələduzlar oturursa, kadr seçimində əsas meyar peşəkarlıq yox, qohumbazlıq, onurğasızlıq və loyallıqdırsa və məhz onlar hakim komandada 50%-dən yuxarı təşkil edirlərsə bu artıq yanlışlıq deyil, bu strateji kursdur.

İnanıram ki, dövlətimizin xarici siyasətdə qazandığı möhtəşəm uğurlar, daxili siyasətimizdə də öz bəhrəsini verəcək.

Mərdan Seyidbəyli

 

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button