Qusar rayon sakinləri moped oğurluğuna görə saxlanıldılar
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Bakı şəhər sakini E.Abdullayevə məxsus mopedin Ü.Hacıbəyov küçəsində oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakinləri Tural Məhəmmədov və əvvəllər məhkum olunmuş Edik Adıgözəlov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.