Qusarda silah satmaq istəyən və işlədiyi obyektdən oğurluq edənlər saxlanılıblar

Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  Polise.az-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1 512 (min beş yüz on iki) manat ziyan vurub.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button