Quterreş: Suriya xalqı tarixi fürsətlə üzləşib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyada Baas rejiminin devrilməsindən sonra yazılı açıqlama verib.
APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, Suriyanın gələcəyini suriyalıların müəyyən etməli olduğunu vurğulayan Quterreş BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenin bu istiqamətdə dəstəyini davam etdirəcəyini vurğulayıb.
“14 illik amansız müharibədən və diktatura rejiminin sona çatmasından sonra Suriya xalqı sabit və dinc gələcək qurmaq üçün tarixi fürsətlə üzləşir”, – Quterreş bildirib.
Quterreş həmçinin siyasi keçid prosesinin əhatəli olması və bütün müxtəlifliyi ilə Suriya xalqının qanuni tələblərinə cavab verməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac olduğunu deyib.
Polise.az