Rəcəb Tayyib Ərdoğan: Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına məktub göndərib.

Teleqraf xəbər verir ki, prezidentin məktubunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil edilən tədbirlərin bölgə, xüsusilə iki əzəli qardaş ölkə Türkiyə və Azərbaycan üçün faydalı olmasını arzuladığını bildirən Ərdoğan iki ölkə arasındakı əlaqələrin hər sahədə olduğu kimi enerji sahəsində də güclü və qətiyyətlə davam etdiyini qeyd edib.

Türkiyə və Azərbaycanın enerji sahəsində bir çox uğurlara imza atdığını vurğulayan prezident deyib:

“Son illərdə qlobal geosiyasi proseslər enerji təhlükəsizliyi baxımından Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyətini bir daha vurğuladı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur sərmayələri ilə taclandırdığımız bu əməkdaşlıq Türkiyə və Azərbaycana xeyir verməklə yanaşı, həm də region və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir.

Mart ayında açılışını etdiyimiz İğdır-Naxçıvan boru kəməri illərə və uğurlara əsaslanan enerji əməkdaşlığımızın ən son nümunəsidir. Xəttin istifadəyə verilməsi Naxçıvan bölgəsinin enerji təminatının təhlükəsizliyini və bizi birlikdə daha da gücləndirdi. Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi əlaqəmizin artırılması bizim üçün strateji əhəmiyyət kəsb edən başqa bir layihədir”.

Türkiyə-Naxçıvan (Azərbaycan) və Türkiyə-Gürcüstan qarşılıqlı əlaqə imkanlarının da artırılması lazım olduğunu bildirən Ərdoğan vurğulayıb:

“Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik əlaqə xəttinin yaradılması məqsədi ilə “Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladıq. Regionumuzun enerji təhlükəsizliyi və rifahı baxımından daha bir tarixi addım olan bu layihəni ən qısa zamanda başa çatdırmağı hədəfləyirik”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button