Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırıldı, Türkiyəyə təyin edildi

Rəşad Aslanov​ Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.

Polise.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliya, Malta və San-Marino respublikalarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

O həmçinin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən də azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə R.Aslanov Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button