Ramil Usubov Rusiyaya səfər edib

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər edib.

Belə  ki, bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin iclası keçiriləcək.

Usubov da bu iclasda iştirak etməyə gedb.

Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə birlikdə Moskvadakı Aleksandr bağında yerləşən Naməlum Əsgərin məzarı yaxınlığındakı Əbədi Məşəlin önünə əklil və gül dəstələri qoyub.

Mərasimdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, onun Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları, eləcə də Moldova və Türkmənistanın nümayəndələri, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, bu gün Moskvada MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclası keçirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button