Ramiz Göyüşovdan növbəti açıqlama: “Çox əziyyət vermişəm”
Son günlər pornoqrafik görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşov ona göstərilən dəstəyə görə cəmiyyətə təşəkkür edib.
O, bu barədə özünün sosial şəbəkədəki hesabında paylaşım edib.
O, son günlər hər kəsə çox əziyyət verdiyini qeyd edib:
“Bilirəm, bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edir və xahiş edirəm, bu linkə girib xəbəri oxuyasınız. Təşəkkürlərimi bildirirəm”.
Qeyd edək ki, sabiq sədrin paylaşdığı link Baş Prokurorluğun Azadinfo.az saytının təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun (Xəttab) R. Göyüşovdan hədə-qorxu ilə pul tələb edərək cinayət başında yaxalanması ilə bağlı məlumatdır.