Ramiz Mehdiyev evə həkim briqadası çağırıb – Sabiq PA rəhbəri nəfəs ala bilmir…

Dünən gecə hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhəti pisləşib. 

“AzPolitika” xəbər verir ki, ona təcili tibbi yardım çağırılıb.

Məlumata görə, dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb. Bildirilir ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button