Ramiz Mehdiyevin barəsində olan ev dustaqlığı qətimkan tədbiri uzadıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin barəsində seçilmiş qətimkan tədbiri uzadılıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədibirinin uzadılması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə vəsatəti təmin edib və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri uzadılıb.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin də barəsində cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Polise.az



