Ramiz Mehdiyevin Dövlət İdarəetmə Sisteminin kadrları

Mehdiyevçi 50 nəfərin siyahısı – Dövlət Şurası”da bu şəxslər təmsil olunacaqmış !
Siyasi kuluarları silkələyən xəbər: 27 oktyabrda Ramiz Mehdiyevin imzası ilə “Dövlət idarəetmə sistemində islahatlar üzrə təkliflər” adlı məktub üzə çıxıb.
Apa.az informasiya agentliyində dərc olunan xəbərdə Ramiz Mehdiyevin həmin məktubu Rusiyanın müvafiq orqanlarına ünvanlandığı bildirilir. Məktubda o, hazırkı sistemi “iflic vəziyyətinə düşmüş avtoritar model” adlandırır və ölkənin idarəetməsini tam dəyişəcək yeni struktur – “Dövlət Şurası” yaratmağı təklif edir.
Sənədə görə, 50 nəfərlik Şura ölkədəki bütün siyasi və iqtisadi proseslərə nəzarət edəcək, parlamentin qəbul etdiyi qanunlara veto qoymaq, hökumət və güc strukturlarını təsdiqləmək səlahiyyətinə sahib olacaq.
Əslində, bu model prezident institutunu aradan qaldırır və faktiki olaraq hakimiyyətin yenidən Ramiz Mehdiyevin orbitinə qayıtması deməkdir.
Mənbələr bildirir ki, Şurada yer alacaq şəxslər arasında bir vaxtlar hakimiyyətin dayağı sayılan keçmiş deputatlar, nazirlər və məmurlar var.
Siyasi müşahidəçilər bu məktubu “köhnə sistemin dirçəldilməsi cəhdi” adlandırır. Cəmiyyətin reaksiyası isə birmənalı deyil – bəziləri bunu “təhlükəli oyun”, digərləri isə köhnə qvardiyanın son manevri kimi dəyərləndirir. Ramiz Mehdiyev Rusiyaya yazdığı məktub ictimaiyyətə yayımlandıqdan sonra onun yeni komandasında olan adamların siyahısı ictimai müzakirə yaradıb. Həmin şəxslərin siyahısını təqdim edirik.
Əli Həsənov
Ziyafət Əsgərov
Novruz Məmmədov
Əli Əhmədov
Eldar Mahmudov
Nəcməddin Sadıqov
Bahar Muradova
Məlahət İbrahimqızı
Musa Qasımlı
Elşən Musayev
Məzahir Əfəndiyev
Cavid Osmanov
Jalə Əliyeva
Azər Əmiraslanov
Sabir Hacıyev
Hicran Hüseynova
İsa Həbibbəyli
Elton Məmmədov
Əsabil Qasımov
Abbas Abbasov
Yusif Qədimbəyli
Əhliman Əmiraslanov
Elçin Babayev
Əbülfəz Qarayev
Elmar Məmmədyarov
Arif Alışanov
Abel Məhərrəmov
Misir Mərdanov
Hüseynbala Mirələmov
Fəzail İbrahimli
Şahin İsmayılov
Azay Quliyev
Eldar Quliyev
Mübariz Qurbanlı
Aydın Mirzəzadə
Müşviq Məmmədli
Vaqif Abdullayev
Vaqif Əliyev
Gülşən Paşayeva
Mikhail Zabelin
Elman Nəsirov
Elman Rüstəmov
Elşad Mirbəşirli
Gülər Əhmədova
Rüstəm Usubov
Əli Abbasov
Elmira Axundova
Həsən Zeynalov
Oqtay Əsədov
Aydın Hüseynov
Polise.az



