Ramiz Mehdiyevin nəvəsinin toyuna qatıldığı iddia edilən deputatla bağlı RƏSMİ AÇIQLAMA
AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsi ilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib.
O bildirib ki, bu məsələ bir neçə ay bundan öncə baş verib:
“Parlament seçkilərindən sonra professor Bəxtiyar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunduqdan sonra qanunvericiliyə uyğun olaraq öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad olunub.
Bununla belə, professor Bəxtiyar Əliyev BDU ilə sıx əməkdaşlıq edir. O, BDU-nun Elmi Şurasının üzvüdür”.
Xatırladaq ki, bəzi saytlarda Bəxtiyar Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi və bu səbəbdən onun BDU-da kafedra müdiri vəzifəsindən azad edildiyi yazılıb. O isə açıqlamasında yazılanların həqiqətə uyğun olmadığını bildirib.