Ramzan Kadırov: “Hayat Təhrir əş-Şam” Rusiyanın terror siyahısından çıxarılmalıdır
Çeçenistanın rəhbəri Ramzan Kadırov “Hayat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Rusiyanın terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə o həmçinin bildirib ki, çeçen güc strukturları Suriyanın hazırkı hüquq-mühafizə orqanları ilə birlikdə küçələrdə patrul xidməti göstərməyə hazırdır.
Kadırov vurğulayıb ki, Rusiyanın və Suriyanın yeni hakimiyyətinin bir-birinə qarşı qoyulmasına imkan vermək olmaz. O, “kollektiv Qərbin” bu iki tərəfi üz-üzə gətirməyə çalışacağını və buna qarşı vaxtında tədbirlər görülməli olduğunu qeyd edib.
Xatırladaq ki, HTŞ Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gəlmiş əsas müxalif qruplaşmalardan biridir. Rusiyanın uzun müddət “terror təşkilatı” kimi tanıdığı HTŞ ilə bağlı bu cür təklif, Moskvanın Suriya siyasətində mümkün dəyişikliklərə işarə edir.
Polise.az