Ramzan Kadırov: “Sizə görə canımı verməyə hazıram”
“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”. Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciətində deyib.
O, özünü Putinin əsgəri saydığını bildirib: “Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir”. (RİA-Novosti)