“Razı ol və ya sus”: Tramp Ukraynada müharibə ilə bağlı yeni bəyanat verib

“Uitkoffla Putinin görüşündən sonra ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb…”
Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar yaxşı gedə bilər, lakin “elə bir an gəlir ki, sadəcə, razı olmalı və ya susmalısan”.
Moderator.az xəbər verir ki, bu barədə “dualog.ua” nəşri yazıb.
ABŞ prezidenti Donald Tramp bu şərhi ilə Rusiyadan narazılığını ifadə edib və onu razılaşma əldə etməyə “irəliləməyə” çağırdığı gündən bir gün sonra verib”, – “Reuters” yazır.
“Ukrayna ilə Rusiya arasındakı münasibətlər yaxşı gedə bilər və bunu siz tezliklə biləcəksiniz”, – Tramp müəmmalı şəkildə bildirib.
“Elə bir an gəlir ki, sadəcə, razılaşmalı və ya susmalısan, görək nə baş verir, amma düşünürəm ki, hər şey yaxşı gedir”, – ABŞ prezidenti əlavə edib.
Trampın “hərəkət et ya da sus” sözləri ilə konkret nəyi nəzərdə tutduğu hələlik aydın deyil. Qeyd etmək vacibdir ki, bu bəyanat Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərindən dərhal sonra verilib.
Aprelin 11-də amerikalı iş adamı Rusiya diktatoru Vladimir Putinlə 4 saatdan çox müddətdə danışıqlar aparıb. Rusiya tərəfinin açıqlamasına görə, söhbət “Ukrayna üzrə nizamlanmadan” gedib. Görüşün nəticələri məlum deyil, çünki tərəflər jurnalistlərlə görüşdən imtina edib.
Danışıqlardan bir qədər öncə Tramp sosial şəbəkələr vasitəsilə birbaşa Putinə müraciət edərək, onu müharibənin dayandırılması məsələsində “hərəkət etməyə” çağırıb.
Uitkoffla Putinin görüşündən sonra isə ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. Bu isə danışıqların uğursuz getdiyinə dolayısı ilə işarə edir. Vaşinqton hələ ki Putini nə atəşkəsə, nə də müharibəni tam dayandırmağa razı sala bilmir.
Polise.az