Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 100 cinayətin üstü “isti izlər”lə açılmışdır
Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılmışdır.



