Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button