Rişi Sunak: Dünya Kubadakı raket böhranından bəri nüvə müharibəsinə daha yaxındır

Dünya Kubadakı (Karib dənizi) raket böhranından bəri nüvə müharibəsinə daha yaxındır.

Polise.az  Britaniya mətbuatına istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak seçkiqabağı çıxışında bildirib.

Böyük Britaniyada növbəti parlament seçkiləri 2025-ci ildən gec olmayaraq keçirilməlidir. Lakin Rişi Sunak seçicilərə müraciətində 2025-ci ilin yanvarında seçkilərin keçiriləcəyini istisna edib. Seçkiqabağı müraciətində Baş nazir deyib: “Bu ilin ikinci yarısında hamımız seçkilərə gedəcəyik… Mən hələ də əminəm ki, partiyamız təkcə nailiyyətlərimiz sayəsində deyil, həm də gələcək haqqında həqiqəti danışan yeganə partiya olduğu üçün qələbə qazana biləcək.”

Baş nazir seçicilərin görünməmiş qlobal qeyri-sabitlik və texnoloji inkişaf dövründə ölkəni idarə etmək üçün edəcəkləri qətiyyətli seçimlə üzləşdiklərini vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button