Rubinyan: Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

“Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur”, – o qeyd edib.

Rubinyan vurğulayıb: “Biz sülhə doğru irəliləyirik”.

“Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir”, – o əlavə edib.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button