Rubio Konqresə Qrenlandiya planını açıqladı

ABŞ dövlət katibi Marko Rubio amerikalı qanunvericilərə bildirib ki, Vaşinqton Qrenlandiyanın alınmasını hərbi müdaxiləyə alternativ kimi prioritet variant hesab edir.
Polise.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin mənbələrə istinadla yaydığı məlumatda deyilir.
Nəşrin məlumatına görə, Rubio bunu ABŞ Konqresinin üzvləri ilə qapalı görüşdə açıqlayıb./
Polise.az



