Rubio Kremli ələ saldı: başları qarışıqdır, riskə girməyəcəklər

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Venesuela böhranında real dəstək göstərmədiyini açıq şəkildə bəyan edib.

Musavat.com xəbər verir ki, Rubio Moskvanın Karakasa münasibətinin əvvəlcədən gözlənildiyi kimi yalnız ritorik səviyyədə qaldığını bildirib.

Onun sözlərinə görə, Rusiya Venesuelaya görə ciddi addımlar atmaq niyyətində olmayıb və bu mövqeyini dəyişməsi də gözlənilmir. Rubio vurğulayıb ki, Kreml hazırda Ukrayna müharibəsi ilə məşğuldur və əlavə geosiyasi risklərə girmək imkanında deyil.

“Biz əvvəldən yalnız ritorik dəstək gözləyirdik, məhz elə də oldu. Ukrayna səbəbilə Rusiyanın öz başı kifayət qədər qarışıqdır. Ona görə Venesuela məsələsinə görə hansısa ciddi problem yaşanacağını düşünmürük”, – deyə Rubio qeyd edib.

ABŞ rəsmisi çıxışının sonunda ironik bir mesaj da verərək əlavə edib: “Bu arada, Sergey, Milad bayramınız mübarək. Yanvarın 7-si pravoslavların Milad bayramıdır”.

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button