“RUH” JMİB 30 ailəyə yardım göstərib
“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşdırdığı layihə çərçivəsində 30 ailəyə ərzaq, tibii və gigiyena məhsulu yardımı həyata keçirilib.
Qeyd edək ki, yardım paketi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının müəyyənləşdirdiyi qaydalara əsasən hazırlanıb. Ehtiyaclı ailələrin seçilməsində əsas meyar kimi onların indiyədək yardım almaması, ailə tərkibi, ailənin sosial statusu və digər amillər əsas götürülüb.
Polise.az bildirir ki, “Ruh” Jurnalistlərin Müdafiəsi İB-nin reallaşdırdığı layihədən məqsəd koronavirus pandemiyası ilə əlaqədar olaraq əhalinin aztəminatlı hissəsinin yardımla təmin edilməsi, bu kateqoriyadan olan şəxslərin qayğılarının azaldılmasına kömək göstərilməsidir.