“Ruh” Jurnalistlərin Müdafiəsi İB “Ahıl jurnalistlərə dəstək” layihəsinin icrasını həyata keçirir
“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi Azərbaycan Repsublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ahıl jurnalistlərə dəstək” layihəsinin icrasına başlayıb.
Polise.az xəbər verir ki, layihənin həyata keçirilməsindən məqsəd ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş veteren qələm sahiblərini evlərində ziyarət etməkdən, onların koronavirus pandemiyası dövründə zəruri ehtiyaclarının qarşılanması prosesinə dəstək verməkdən ibarətdir.
Layihənin icra planına uyğun olaraq bu məqsədlə 30 veteran jurnalist müəyyənləşdiriləcəkdir.Həmin şəxslərin müəyyənləşdirilməsində onların nə dərəcədə qayğıya ehtiyacının olub-olmadığı nəzərə alınacaq və mövcud istiqamətdə müvafiq işlər həyata keçiriləcəkdir.