Rus ordusu atəş açdı: 1 Ukrayna əsgəri öldü, 6-sı yaralandı

Ötən gün Rusiya ordusu tərəfindən Donbasda Ukrayna ordusu istiqamətində 96 atəşkəs pozuntusu baş verib, bunlardan 81-i ağır silahlardan atılıb.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, nəticədə Ukrayna ordusunun bir əsgəri aldığı qəlpə yarasından ölüb, daha bir əsgər isə xəstəxanaya yerləşdirilib. Həmçinin 5 əsgər döyüş travması alıb.

Hamısını Göstər

Related Articles

Back to top button