“Rus ordusu səhvən öz mövqelərini bombalayıb”
Rusiya hərbçiləri Luqansk vilayətində Popasnaya yaşayış məntəqəsində minaatanlardan öz mövqelərini atəşə tutublar.
Bu barədə Luqansk Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday özünün Telegram kanalında məlumat verib.
“Ruslar 11 evə ziyan vurub. Hazırda düşmənin itkiləri dəqiqləşdirilir.
Qoşunlarımız işğalçının qismən möhkəmlənə bildiyi Rubijne və Popasnayadan rus ordusunu sıxışdırmaqda davam edir. Bu şəhərlərin bəzi ərazilərində küçə döyüşləri davam edir. Popasnayada artilleriya dəstəyi ilə düşmən hücuma keçməyə cəhd etsə də, itki verib. O, öz mövqelərini minaatanlardan atəşə tutub”, – deyə Qayday bildirib.