Rus sülhməramlıları burdan çıxmayacaq – Putin
Rusiya Dnestryanıdan sülhməramlıların çıxarılmasından imtina etdi.
Bu məlumatı Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.
“Rusiya ümumilikdə Dnestryanıdan sülhməramlıların çıxarılmasının tərəfdarıdır, amma bu, regiondakı situasiya yaxşılaşanda baş verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Moldovanın yeni prezidenti Maya Sandu rus sülhməramlılarının Dnestryanıdan çıxmasını tələb etmişdi.