Polis “Sputnik-Azərbaycan”da əməliyyat keçirir – FOTOLAR

Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat davam edir.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, agentliyin əməkdaşları fəaliyyət göstərdikləri ofisə dəvət edilib.
Binaya kənar şəxslər buraxılmır.
Agentliyin 18 nəfər əməkdaşının dindirilmə üçün müvafiq Polis şöbəsinə aparılacağı gözlənilir.
Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı da hazırda ərazidədir.
***
12:57
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Daxili İşlər Nazirliyi (DİN) Teleqraf-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılsa da, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
Polise.az