Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlar başa çatdı – YENİLƏNDİ

Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatıb və danışıqların ertəsi gün davam etdirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, tərəflər aralıq nəticələrin hesabatını vermək və yeni görüşə hazırlaşmaq üçün paytaxtları ilə məsləhətləşmələr aparacaqlar.
ABŞ administrasiyasının yüksək vəzifəli məmuru bildirib ki , BƏƏ-dəki görüş məhsuldar şəkildə davam edir.
***
19:44
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
17:44
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
***
17:06
“İki günlük danışıqlarda iştirak edəcək komandaların bir hissəsi artıq Əbu-Dabiyə gəlib və müəyyən müzakirələr artıq başlaya bilər”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin müşaviri Dmitro Litvin məlumat verib.
“Komandaların bir hissəsi artıq oradadır, ona görə də bəzi məsələlər artıq müzakirə oluna bilər. Bu, qeyri-formal şəxslərin iştirakı ilə aparılan söhbətlərdir, buna görə də bunu aydın çərçivələri olan adi siyasi görüş kimi qiymətləndirmək olmaz”, – o deyib.
***
16:18
Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlar hələ rəsmi olaraq başlamayıb, amma bəzi qruplar artıq görüş yerindədir.
Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukraine” Ukrayna Prezident Administrasiyasına istinadla məlumat yayıb.
***
14:47
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Rusiya-ABŞ-Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Mənbə bildirib ki, Rusiya və Ukrayna nümayəndələrinin eyni otaqda olub-olmadığı hələlik məlum deyil.
Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl üçtərəfli görüşdə ərazi məsələsinin müzakirə olunacağını açıqlamışdı.
Polise.az



