Rusiya, ABŞ və Türkiyə Dəməşqdə danışıqlar apardı

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti, nazir müavini Yunus-Bek Yevkurovun rəhbərliyi ilə Dəməşqdə Suriya tərəfi ilə görüş keçirib.
Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, tərəflər hərbi əməkdaşlığın gücləndirilməsi, həmçinin iki ölkənin ortaq maraqlarının və strateji məqsədlərinin reallaşdırılması üçün koordinasiyanın artırılması məsələlərini müzakirə ediblər.
Görüşün detalları açıqlanmasa da, tərəflərin regional təhlükəsizlik və birgə fəaliyyət mövzularına toxunduqları bildirilir.
Qeyd olunur ki, danışıqlarda ABŞ və Türkiyə nümayəndələrinin də iştirakı təmin olunub və tərəflər bölgədə təhlükəsizlik və qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərini nəzərdən keçiriblər.
Polise.az



