Rusiya Amerikanın zavodunu VURDU

Ukraynanın Dnepr şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində ABŞ kapitalı olan iri sənaye obyektinə zərbə endirilib.

Musavat.com xəbər verir ki, zərbə ABŞ-ın Bunge şirkətinə məxsus zavoda dəyib. Müəssisədə geniş tanınan “Oleyna” markalı günəbaxan yağı istehsal olunur.

Hücum zamanı zavodun yağ saxlanılan rezervuarlarından biri zədələnib və nəticədə təxminən 300 ton günəbaxan yağı şəhərin yollarına axıb. Hadisə səbəbindən Dneprin bəzi küçə və magistrallarında bir neçə gün ərzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yerli sosial şəbəkə səhifələrində yayılan videogörüntülərdə PUA-nın birbaşa yağ rezervuarına dəydiyi anlar əks olunub. Kadrlar qısa müddətdə geniş rezonans doğurub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button