Rusiya bu ərazilərə də zərbə endirəcək – Rus ekspert

Moskva Donetsk və Luqanskdakı separatçı qurumlara hərbi yardım göstərəcək və Birləşmiş Hərbi Əməlliyyatlar zonasından kənarda olan obyektlərə də zərbələr endirəcək.

Bunu rusiyalı hərbi analitik Yuri Kotyonok deyib.

“Sirr deyil, Rusiya “respublikalara” hərbi yardım göstərəcək. Bu yardımın miqyası düşmənin hərəkətlərinin yaratdığı təhdidlərlə mütənasib olacaq. Ukrayna ordusunun hücum bölmələri vurulacaq, əlavə qüvvələrin gəlməsinin, sursat tədarükünün qarşısı alınacaq”, – ekspert bildirib.

Qeyd edək ki, Donbasda son günlər vəziyyət gərginləşib. Ekspertlər mümkün müharibə ssenarilərini müzakirə edirlər.

Hamısını Göstər

Related Articles

Back to top button