Rusiya cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə görüşləri yubadırmış

Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunmasına maneələr yaradılırmış. Azərbaycan tərəfdən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Rusiya tərəfi müvafiq cavabları həftələrlə gecikdirirmiş.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə açıqlayıb.
“Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq. Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib”, – deyə A.Hacızadə söyləyib.
Polise.az