Rusiya deputatının Xankəndidəki “Şaxta baba” oyunu: Qarabağa yenidən qanunsuz səfər etdi

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının deputatı, Azərbaycan XİN-in “qara” siyahısında olan Vitali Milonov növbəti dəfə Qarabağa qanunsuz səfər edib. Bu barədə sosial şəbəkələrin erməni seqmentində fotolar yayılıb.Məlumata görə, ermənipərəst Duma üzvü separatçı-terrorçu Arayik Arutyunyanla görüşüb. Sonra isə Xankəndidəki ermənilərə məxsus “6 saylı orta məktəb”də keçirilən Yeni il şənliyinə qatılıb. Şaxta baba libası geyinən deputat erməni uşaqlarına hədiyyələr paylayıb.Xatırladaq ki, bu deputatın Qarabağa ilk qanunsuz səfəri deyil. O dəfələrlə Xankəndiyə gedib. Hətta 44 günlük müharibə zamanı da Xankəndiyə gedərək separatçılara dəstəyini ifadə etmişdi.

Rusiya hakim partiyasının deputatı Xankəndində 250 erməni uşağa hədiyyə də payladı…
Hamısını Göstər

Related Articles

Back to top button