Rusiya dövlət başçısı: “ABŞ-lə münasibətləri bərpa etməyə hazırıq”
Rusiya ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır.
Polise.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
“ABŞ dünyada vacib və lazımlı ölkədir. Bu ölkənin imperiya siyasəti məhz onlara mane olur. Yəni bunun bizə aidiyyəti yoxdur. ABŞ-də daxili dəyişikliklər baş verərsə, o zaman münasibətlərin bərpası üçün fundamental şərait yaranacaq”, – o vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin bərpası üçün heç bir fundamental şərt yoxdur: “Onlar ilk növbədə başqalarına hörmət etməyə başlamalıdırlar”.
Polise.az