Rusiya Ermənistanda əlavə beş sərhəd postu yerləşdirib
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Ermənistanda beş əlavə post yaradıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov məlumat verib.
FTX direktorunun sözlərinə görə, iki post Ermənistanla Naxçıvan sərhədində, daha ikisi isə Ermənistan-İran sərhədində yerləşdirilib.
“Lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Biz Azərbaycan sərhədçiləri ilə əlaqə yaratdıq, zəruri münasibətlər qurduq. İnformasiya mübadiləsi edirik”, – deyə A.Bortnikov bildirib.