Rusiya İdlibə hücüm etdi
Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri İdlibin deeskalasiya zonasında yerləşən Hamame, Mazra və Zarzur yaşayış məntəqələrinə hücum edib. Anadolu agentliyinin yaydığı xəbərə görə, ümumilikdə 15 aviareyd həyata keçirilib.
Suriya müxalifətinin yaydığı məlumata görə, hava hücumları üç hərbi təyyarə tərəfindən həyata keçirilib. Döyüş təyyarələri Xmeymim hava bazasından havaya qalxıb.
Rusiyanın Zurzur kəndinə hava hücumu zamanı həmçinin kimsəsiz uşaqlar üçün Türkiyənin qeyri-hökumət təşkilatı tərəfindən tikilmiş yaşayış binalarının olduğu ərazi də bombardman olub. Mərmilərdən biri kompleksdən 100 metr aralıda düşüb.
Zərərçəkənlər və yaralılar barədə hələlik məlumat yoxdur.