Rusiya ilə Ukrayna arasında növbəti danışıqların yeri məlum oldu

Rusiya və Ukrayna arasında növbəti danışıqlar bu dəfə də İstanbulda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib: “Bəli, İstanbul məqbul məkandır”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Ərdoğan bir neçə gün əvvəl Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının üçüncü mərhələsinin təşkilinin vacibliyini vurğulamışdı.
Polise.az







