Rusiya indi də İrandan əsgər toplamağa çalışır – Bu qədər pul təklif edir

Rusiya Ukraynaya qarşı döyüşmək üçün İrandan muzdlular dəvət edir.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, Rusiya Ukrayna müharibəsi üçün İran vətəndaşlarını orduya cəlb etmək məqsədi ilə Tehranda iş elanı yayıb.
Elan Rusiyanın hərbi strukturları adından yayılıb və müraciət edənlərə yüksək məbləğdə ilkin ödəniş və aylıq maaş vəd olunur. Təlimlərin Rusiyanın Ufa şəhərində keçiriləcəyi, iştirakçılar üçün dil kurslarının da təşkil ediləcəyi qeyd olunub.
Bildirilir ki, orduya qatılanlara ilkin ödəniş kimi 20000 ABŞ dolları, aylıq maaş olaraq da 2000 ABŞ dolları veriləcək.
Müqavilə sonrası birdəfəlik ödəniş 1.400.000 – 1.700.000 rubl, aylıq ödənişlər isə 210000 rubl nəzərdə tutulub.
Polise.az



