Rusiya Kanada, Fransa və Portuqaliya ilə hərbi müqavilələri ləğv edir

Rusiya hökuməti Kanada, Fransa və Portuqaliya ilə üç hərbi əməkdaşlıq sazişindən imtina edib.
Polise.az xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin fərman imzalayıb.
Sərəncamda “SSRİ hökuməti ilə Kanada hökuməti arasında 1989-cu il noyabrın 20-də Moskvada imzalanmış hərbi səfərlər haqqında” sazişin; “4 fevral 1994-cü ildə Moskvada Rusiya Federasiyası hökuməti ilə Fransa Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişin; “Rusiya Federasiyası Hökuməti ilə Portuqaliya Respublikası Hökuməti arasında Moskvada hərbi əməkdaşlıq haqqında” sazişin qüvvədən düşdüyü elan edilib.
Rusiya Xarici İşlər Nazirliyinə bu qərarla bağlı Kanada, Fransa və Portuqaliyanı xəbərdar etmək tapşırılıb.
Polise.az



