Rusiya kapitulyasiyaya hazırlaşır? – Hoces işarə etdi
Rusiya Ukraynaya qarşı müharibədə kapitulyasiya imkanlarını nəzərdən keçirir.
ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Ukraynada kapitulyasiya ehtimalını istisna etməsi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
“Bu o deməkdir ki, onlar həqiqətən belə bir real ehtimalın olduğunu etiraf edirlər”, – Hoces bildirib.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Moskvanın kapitulyasiyaya imza atmaq niyyətində olmadığını demişdi.